AB və G7 Rusiyanı yeni sanksiyalarla hədələdilər

Minsk sazişini pozanlara qarşı tədbirlər görüləcək 
«Böyük yeddilik» ölkələri Minsk sazişini poaznalar qarşı tədbirlər görməyə hazırdır. Söhbət əsasən atəşkəsə əməl olunmasından və ağır texnikanın geri çəkilməsindən gedir. 
 
G7 ölkələri Ukraynadakı münaqişənin tərəflərini fevralın 15-ə nəzərdə tutulan atəşkəsin pozulmasına yönəlik addımlardan çəkinməyə çağırıblar. Bu barədə qurumun liderlərinin birgə bəyanatında deyilir. Bəyanatda Donbasdakı vəziyyətdən narahatçılıq da ifadə olunub. Söhhbət həmçinin Debaltsovo rayonundakı döyüşlərdən gedir. 
 
«Böyük yeddilik» liderləri qeyd ediblər ki, minsk razılaşması Ukrayna münaqişəsinin dinc yolla mümkün həllini təklif edir. 
 
Xatırladaq ki, fevralın 9-da Avropa Birliyi Kremlə yaxın məmurlara və kommersiya strukturlarına qarrşı əlavə sanksiyalar tətbiq etmək qərarına gəlib. Söhbət 9 müəssisə və 19 şəxsdən gedir. Onların arasında müdafiə nazirinin müavini Anatoli Antonov da var. Bu şəxslərin Avropaya girişinə qadağa qoyulacaq, əmlakları isə müsadirə ediləcək. 
 
Lakin bu «qara siyahının» qüvvəyə minməsi bir həftə təxirə salınıb. AB Minskdə «Normandiya dördlüyü»nün sammitinin necə başa çatacağını göözləyirdi. Müşahidəçilər hesab edir ki, Almaniya, Fransa, Rusiya və Ukrayna liderləri razılığa gələ bilsə, həmin günü Brüsseldə AB dövlət və hökumət başçıları əlavə sanksiyaları bir müddət də təxirə salacaq. 
 
Minsk sammiti nəticəsiz qalmadı, ancaq bununla belə yeni sanksiyalar təxirə salınmadı. 
Məsələ Brüsseldə qeyri-formal şəraitdə müzakirə olunub. Lakin bəzi Avropa liderləri sanksiyaların təxirə salınmasına qarşı çıxıb. Bundan əlavə, Minsk sazişinə əml olunmayacağı təqdirdə Avropa Komissiyasına əlavə iqtisadi sanksiyalar paketini hazırlamaq tapşırılıb. Fransa isə Rusiyaya «Mistral» gəmilərini verməkdən imtina edir. 
 
Sanksiyalar məsələsində Almaniya kansleri Angela Merkelin hansı mövqqe tutduğu dəqiq məluma deyil. Təsdiq olunmamış məlumatlara görə, Merkel sanksiyaların təxirə salınma müddətinin uzadılmasını istəyib.  
 
Ancaq Merkel Minsk sammitinin nəticələrindən tam razı deyil. Fransa prezidenti ilə birlikdə o qarşısına qoyduğu məqsədə tam nail ola bilmədi. 
 
Bəzi alman analitiklər isə Belarusdakı görüş zamanı Rusiya prezidentinin qələbə çaldığını deyir. Almaniya kanslerinə isə Putinin və separatçıların vədlərinə bel bağlamaq qalır. 
Hadisələr əlverişli inkişafına nə Berlində, nə də AB ölkələrinin digər paytaxtlarında ümid yoxdur. Ona görə də Brüsseldə sanksiyaların təxirə salınmasını vaxtsız addım hesab ediblər. 
 
Bazar günündən atəşkəs rejimin əməl olunacağı, Minskdə imzalanan sənədin bütün bəndlərinin yerinə yetiriləcəyi bəlli deyil. AB-nin gözləmə mövqeyi tutması və sanksiyaları qüvvədə saxlaması bununla bağlıdır. Hər şey  yaxın həftələrdə Ukraynanın şərgindəki situasiyadan asılıdır. Hadisələr pozitiv inkişaf etsə, sanksiyalar yumşala bilər. 
azadliq.info