ABŞ dövlət katibi Con Kerri bildirib ki, Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına yalnız Minsk razılaşmasına əməl ediləndən sonra baxmaq olar. «Biz Rusiyanın və separatçıların sözlərinə yox, əməllərinə, razılaşmaya necə əməll etməsinə qiymət verəcəyik. Sentyabrın 14-də və dünən əldə edilən razılaşmaya tam əməl edilsə, ABŞ Rusiyaya qarşı sanksiyaları ləğv etməyə hazırdır. Bunun üçün hərbi əməliyyatlar dayandırılmalı, Ukrayna ərazisindən xarici ölkənin hərbçiləri çıxarılmalı, beynəlxaoq sərhədlərinə Ukraynanın nəzarəti bərpa edilməli, bütün girovlar azad edilməlidir», – deyə Kerri bildirib.
Eyni zamanda Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bəyan edib ki, Vaşinqton Rusiyaya qarşı yeni sanksiyalarla bağlı məsləhətləşmələr aparır. Lakin Vaşinqton Minks razılaşmasına əməl edilməsini istəyir.
azadlıq.info