AXCP Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli keçən həftə Ombudsman Aparatına Bakı İstintaq Təcridxanasında saxlanılan oğlu Sənan Daşdəmirlilə bağlı müraciət ünvanlamışdı. Rafiq Daşdəmirli, müraciətdə oğlunun qanunsuz həbs olunduğunu, onun brəsində başlanmış cinayət işi üzrə istintaqın obyektiv aparılmasının zəruriliyini, həmçinin onun səhhətinin kəskin pisləşdiyini, bununla bağlı cərrəhi əməliyyata ehtiyacı olduğunu bildirmişdi. Fevralın 12-də Ombudsman Aparatı Rafiq Daşdəmirlinin mraciətinə cavab verib. Cavabda bildirilir ki, Obudsman Aparatı müraciətlə bağlı Azərbaycan Respublikası Baş Prokrorluğuna və Ədliyyə Nazirliyinin tibbi baş idarəsinə müraciət etmişdir. Rafiq Daşdəmirlinin “Azadlıq”a verdiyi məlumata görə, bu gün Prokurorluqdan ona zəng edib onları Sənanın vəkili ilə əlaqələndirməsini istəyiblər, o da vəkilin telefon nömrəsini prokrorluq işçilərinə təqdim edib. Rafiq Daşdəmirli eyni zamanda, bu gün Penitensiar Xidmətin Sənanın müayinə edilməsi üçün Bakı İstintaq Təcridxanasına həkim göndərdiyini də bildirib. Rafiq Daşdəmirli, görülən tədbirlərin oğlunun səhhətinin yaxşılaşmasına və ədalətin bərpasına müəyyən ümid yaratdığını bildirdi.