Musavat partiyasının nizamnaməsini yaxşı bilənlərdən biri M.Babayevin Facebook səhifəsində yazdığı yazıya nizamnaməyə uyğun bəzi cavablar vermək istəyirəm. Musavat partiyasında yaranmış indiki böhranın əsası 8-ci qurultayda deyil, ondan çox-çox əvvəl lər, A.Hacılı partiyanın təşkilat məsələləri uzrə katibi secilandə qoyulmuşdu (ondan qabaq bu vəzifəni siz tuturdunuz). Kecən illər ərzində isə xarakterindəki qusurlarla bağlı xeyli musavatçı onu qəbul etmirdi. Yaranmmış böhranın ən başlıca səbəbi də belə keyfiyyətlərə malik insanın partiya başqanlığına gətirilməsidir.
Yazırsınız ki, xeyli musavatçı Q.İbadoğlunun arxasinca gedir. Necə hesab edirsiniz, Musavat partiyasında haqsiz olan bir şəxs bu qədər insanı arxasınca apara bilərmi ? Məncə cavab aydındır. Deməli, ortada ciddi problemlər mövcuddur.
Qurultay çağırılması ilə bağlı fikirləriniz də həqiqətə uyğun deyil. Çunki təqdim olunan arayışda belə tələb yoxdur. Arayışda baş vermiş pozuntular göstərilməklə yanaşi onların araşdırılması və saxtakarların cəzalandırılması da tələb olunurdu. Qurultayın davam etdirilməsini də tələb edənlər olub və buna da kifayət qədər əsas var. Çunki qurultay Məclis və MNTKseçkilərini təsdiq etməyib.. Əgər dedikləri kimi təsdiq olunubsa, onda həmin hissənin vidioçəkilişini qoyun sosial şəbəkədə, hamı görsun, məsələ də bitsin. Ancaq deməyin ki İsa bəy səsə qoysaydı keçməyəcəkdi ? Çunki ciddi səslənmir. Xüsusilə bütün siyasi fəaliyyətini nizamnamənin nöqtəsinə və vergülünə əməl etmək üzərində qurmuş bir adamın dilindən.
O ki qaldı növbədənkənar qurultay təkliflərinə, Siz bilirsiniz ki, bu istiqamətdə heç bir addım atılmayıb , yəni nizamnamədə tələb olunan şərtlərə uygun imzalar toplanmasına başlanılmayıb. Ancaq yaxşı olardı ki Musavatın indiki rəhbərlərinin "lazım olan qədər imza toplansa da Məclis belə qərar verməyəcək" fikirlərinə Siz də munasibət bildirəydiniz. Əgər növbədənkənar qurultay çağırılması uçun lazim olan tələb yerinə yetirilibsə, Məclis onu necə çagırmaya bilər ?
Qurultay çagırmamaq uçun gətirdiyiniz arqument ondan ibarətdir ki, basımız qarışacaq seçkiyə, əsas məqsədlər ugrunda mubarizə qalacaq bir kənarda.
Son 8 ildə ardıcıl olaraq "əsas məqsədlər " uğrunda mubarizə apardıq, nəticədə məqsədlərə nail ola bilmədik və partiya parçalandı. Bir gunluk qurultay isə bəlkə də problemlərin həllinə kömək edərdi.
Ən böyuk xətamızın bir-birimizə qurşaqdan aşağı zərbələr vurmağımız və onun qarşısının alınmaması oldugunu deyirsiz. Kim ala bilərdi və almadı? Niyə almadı ? Bu barədə də duşunun?
Q.İbadoglunun divanın 02/02/2015-ci il tarixli iclasına qatılmamasına irad tutaraq bildirirsiz ki, hansısa təşkilatın işində iştirak divanın iclasından vacib ola bilməz.
Qubad bəy Musavatın sıravi uzvudur ,"hansısa təşkilat " adlandırdığınız ADR Hərakatının TK-nin isə sədridir. Hansı yığıncağın onun uçun daha vacib olduğunu da siz yox, özu muəyyən etməlidir. buna baxmayaraq divanın iclasına dəvət olunması ilə baglı ona məlumat veriləndə dəvəti qəbul etmiş,ancaq həmin gunə və bir gun əvvələ tədbirlər planlaşdırıldığını bildirərək , əgər qrafikdə dəyişiklik olarsa, iclasa qatılacağını bildirmişdi. Sizdən isə xahiş ediirəm ki, başqalarının yaratdığı təşkilat haqqında danışarkən "hansısa" ifadəsindən istifadə etməyəsiz .Biz Sizin haqqınızda danışanda "Mirbaba bəy” ifadəsinin əvəzində "hansısa bəy" ifadəsi işlətsək, yəqin ki, urəyinizcə olmaz.
Tez – tez vurğulayirsız ki, Qubad bəy və tərəfdarları başqan ( həmçinin Məclis və MNTK) ceçkilərini tanımır. Qubad bəyin tərəfdarlarından mən də daxil olmaqla bu seçkiləri tanımayanlar olub. Ancaq Qubad bəyin və bir çox başqa musavatçılarin belə açıqlamaları olmayıb. Mən digər bir məsələni yada salıram: Vaxtıilə Tapdıq Abbas A.Hacılının Mustafa adlı qardaşından MNTK-ya şikayət etmişdi. Məsələ araşdırılarkən o, MNTK-ya dəvət olunsa da MNTK-nı tanımadığını bildirərək iclasa gəlməkdən imtina etmişdi. Bunu İsa bəyə deyəndə o, məsələni qapatmagı xahış etdi. İndi siz Qubad bəyin Divanın videocəkilişə icazə verilməyən iclasına qatilmamasını bu quruma meydan oxumaq kimi qiymətləndirirsiniz.
Videoçəkilişdən niyə qorxurlar? Videoçəkiliş olardı, musavatçılar və cəmiyyət görərdi ki, kim haqlıdır, kim haqsız.
Yazınızda çoxlu məntiqsizliklər olsa da indiki MNTK-nın cavabları ilə muqayisədə xeyli ciddidir . Öz biliklərinizi onlarla da böluşsəniz pis olmaz.
Sonda A.Hacılının 15 il əvvəl bir neçə musavatçınin yanında dediyi, sonralarsa yaxşı bir tapıntı kimi harda düşdü təkrar elədiyi bir fikri xatırlayıram: Mirbaba bəy ( M.Babayev) Musavatda ən obyektiv adam imici olan ən qeyri – obyektiv adamdır. İndi biz A.Hacılının səmimiliyinə inanaq, yoxsa Sizin oyektivliyinizə?