Xədicə İsmayıla qarşı yeni ittihamlar hazırlanır?

Jurnalist "içəridən" məktub yolladı: "Təzə nağıl fikirləşirlər”
 
“Deyəsən əvvəlki ittihamlardan bir şey çıxmadı, təzə nağıl fikirləşirlər”. Bunu Azadliq Radiosuna məktubunda Xədicə İsmayıl yazır.
Onun sözlərinə görə, prokurorluq artıq onu ittiham olunduğu iş üzrə deyil, jurnalist fəaliyyəti ilə bağlı dindirməyə başlayıb. Məhbus-jurnalist bildirir ki, indiyədək istintaqda iştirak etməyən müstəntiq Sənan Paşayev onu dindirərək, müxtəlif sənədlərə bağlı suallar verib.
“Absurd ittihamlar səsləndi, protokola yazdım ki, iddialar siyasi qərəzin və hüququ savadsızlığın nəticəsidir”, – deyə Xədicə İsmayıl yazır.
Xədicə İsmayıl dekabrın 5-də həbs olunub. Onu ittiham edirdilər ki, Tural Mustafayev adlı şəxsi özünə qəsd həddinə çatdırıb. Azadliq Radiosu bu həbsi Xədicə İsmayıldan Azərbaycan məmurlarının gizli binesini üzə çıxaran araşdırmalarına görə qisas almaq kimi qiymətləndirib.