ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinə telefon açıb. Obamanın telefon zəngi bu gün Belarusun paytaxtı Minskdə Rusiya, Fransa, Almaniya və Ukrayna arasında keçiriləcək görüşdən bir neçə saat öncəyə təsadüf edir. Obama telefon danışığı zamanı Putinə sülh danışıqlarından nəticə gözlədiyi və Rusiyanın Ukraynada təcavüzkar addımlarını davam etdirəcəyi təqdirdə daha çox əvəz ödəyəcəyi barədə xəbərdarlıq edib. Ağ Ev-dən verilən açıqlamaya görə, Obama eyni zamanda ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyini xatırladıb: “Əgər Rusiya hərbi birliklər, silahlar və pul yardımları ilə Ukraynadakı təcavüzkar hərəkətlərini davam etdirsə, ödəyəcəyi əvəz artacaq”, – deyə Obama bildirib.
azadliq.info


