Honk Konqda hamilə körpə dünyaya gəldi

Honq Konq xəstəxanalarının birində əkiz uşağa sahib olacağını öyrənən çinli qadın doğuş zamanı bir qız dünyaya gətirir. Azadliq.info-nun CNN-ə isitnadən verdiyi xəbərə görə ilk anda təəccüb doğurmayan bu doğuş sonradan həkimləri dəhşətə gətirib. Belə ki, hamiləliyin düzgün davam etməməsi nəticəsində ikinci döl inkişafdan qalaraq diğər döllə birləşib. Bundan sonra ekizləin biri diğər inkişaf edən dölün qarnında qalıb. Həkimlər doğulan qız uşağının qarnında ilk olaraq şiş olduğunu düşünsələr də sonradan bu körpənin hamilə olduğu məlum olub. Belə ki, doğulan qız körpənin qarnında 8-10 həftəlik dölün olduğu məlum olub. Körpə qızı bu hamiləlikdən qurtarmaq üçün həkimlər onun 3 həftəlik olmasını gözləyib. Əməliyyatla hamiləlikdən qurtarılan körpə artıq evə buraxılıb.