Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin, fevaralın 11-də Belarusun paytaxtı Minskdə Normandiya formatı çərçivəsində baş tutacaq görüşdə uğur əldə olunmayacağı təqdirdə vəziyyətin daha da gərginləşəcəyini bildirib. Çurkin eyni zamanda, ABŞ-ın Ukraynanı silahla təmin etmək istəyinə də münasibət bildirib: "ABŞ, Ukraynanı silahla təmin etmək istəyindədir. Lakin bu, beynəlxalq razılaşmalara zidd hərəkətdir. Təəssüf ki, bir çox hallarda ABŞ fərqli hərəkət edir. Burada da bənzər bir vəziyyət ola bilər”,- deyə Çurkin bildirib. Çurkin, qarşıdurma bölgəsində BMT sülhməramlılarının yerləşdirliməsi məsələsinə baxdıqlarını,hətta bir qrup ölkələrin bu istəyə qatqı təmin etdiyini də bildirib.
azadliq.info


