2014-cü ildə Almaniya xaricə rekord məbləğdə, 1 trln 1 mlrd 336 mln avroluq mal satıb. Bu da bir il əvvəlki göstəricidən 3,7 faiz çoxdur. Əvvəlki rekord 2012-ci ildə müəyyən edilib, o zaman Almaniya 1 trln 958 mlrd avroluq mal ixrac edib.
Ötən il həmçinin idxal sahəsində də rekord əldə edilib. Onun həcmi 916,5 mlrd avro təşkil edib. Bu da 2013-cü ilin göstəricəsindən 2 faiz çoxdur. Əvvəlki rekord 2012-ci ildə müəyyən edilib və 905,9 mlrd avro təşkil edib.
Almaniya statistika qurumunun məlumatına görə, Almaniya 2014-cü ili maksimal xarici ticarət profisiti ilə yola verib, bu göstərici 217 mlrd avro təşkil edib. Bununla 2007-ci ilin rekordu yenilənib. O zaman profisit 195,3 mlrd avro təşkil edir.
azadlıq.info


