“Mərminiz və yanacağınız bitənə qədər bombalayın”

ABŞ səfərini yarımçıq saxlayaraq ölkəsinə dönən Kral Abdullah, əsgərlərlə İŞİD-ə qarşı atılacaq addımları müzakirə edib. Kral, eyni zamanda,  ABŞ-da səfərdə olarkən İŞİD-ə bu günə qədər görmədiyi şəkildə qarşılıq veriləcəklərini də bildirib. Bu haqda ABŞ Nümayəndələr Palatasının üzvü Duncan Hunter məlumat verib: "Kral çox hirsli idi. İordaniya üçün  problemin yalnız güllə və yanacağın bitməsi olacağını söylədi",deyə  Hunter bildirib.  Oksford məzunu olan Kral, artıq ölkəsinə dönən kimi hava qüvvələrinə “Mərminiz və yanacağınız bitənə qədər bombalayın” əmri verdiyi bildirilir.

azadliq.info