Prezident Fətullah Gülənlə görüşmək üçün belə çalışıb
Bir neçə gündür Türkiyə mətbuatının gündəmini zəbt edən mövzu “Gülən camaatı”na yaxınlığı ilə tanınan “Bank Asiya”nın dövlət hesabına keçirilməsinə dair xəbərlərdir.
Virtualaz.org saytı xəbər verir ki, hazırda Türkiyə hökumətinin “Gülən camaatı”na qarşı apardığı mübarizə çərçivəsində “Bank Asiya”nın da bağlanması çox ciddi etirazlara səbəb olub. Hər kəs hökumətin bu addımını Ərdoğanın “bu camaatın içinə qədər girəcəyik” sözlərinin davamı kimi qiymətləndirir.
Bu gün isə Türkiyə mətbuatında “Bank Asiya”nın açılış mərsimindən maraqlı görüntü yayılıb. Görüntülərdə Ərdoğanın bankın açılışına gələn Fətullah Gülənlə görüşmək üçün digər qonaqlarla necə sıraya durması görünür.
Videokadrlardan da görünür ki, Ərdoğan F.Gülənlə görüşmək üçün çox cəhd edir. Ətrafda olanların arasından çıxaraq F.Gülənlə görüşməyə çalışır.
Qeyd edək ki, indiki Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan o zaman İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.


