Sirac Kərimovun məhkəməsi başladı

Fevralın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının üzvü Sirac Kərimlinin məhkəməsi başlayıb. Bugünkü prosesdə ittiham olunan şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı fevralın 12-nə təyin edilib. 

Sirac Kərimli keçən ilin iyulunda həbs edilib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, gəzdirmə) maddəsi ilə ittiham olunur. 

Müdafiə tərəfi ittihamı əsassız sayır.