Günün ulduz falı (04.02.2015)

«AZADLIQ»IN RƏSƏDXANASI

QOÇ

Günü itkisiz və problemsiz başa vuracaqsınız. Özünüzə baxmağınız vacibdir. Gün kosmetik və sağlamlıq prosedurlarının icrası, imic dəyişikliyi üçün əlverişlidir. Axşam saatları romantik xarakterli xoş sürpriz vəd edir.

BUĞA

Situasiya yaxşılığa doğru dəyişəcək. Sübh tezdən əhvalınız yaxşı olmasa belə, axşama doğru bu neqativ emosiyadan iz qalmayacaq. Bircə diqqətinizi toplamaqda çətinlik çəkəcəksiniz. Əgər bunun da öhdəsindən gəlsəniz, problemlərinizin yarısını həll edə bilərsiniz.

ƏKIZLƏR

Bu günlərdə çətin suallara cavab tapmağa, problemlərinizi həll etməyə çalışın. Problemlərinizi dərindən analiz etsəniz, görəcəksiniz ki, onların həlli üçün bir deyil, bir neçə üsul var. Bu gün özünüzü başqaları ilə müqayisə etməyin. Axşam alış-veriş üçün münasib vaxtdır.

XƏRÇƏNG

Kişi cinsindən olan şəxslərlə aranızdakı işgüzar müqavilə məhsuldar və faydalı olacaq. Şərikli layihədə bütün vacib məsələlərə aydınlıq gətirəcəksiniz. Ancaq bu gün qadınlarla dil tapmaq çətin olacaq. Digər tərəfdən, hökumət orqanlarının təmsilçilərilə təmasda olmaq arzuedilən deyil.

ŞIR

Işini sevən və işləməyi bacaranlar üçün uğurlu gündür. Ulduzlar məsləhət görür ki, faktlara diqqət yetirəsiniz. Bu, həm işgüzar, həm də şəxsi məsələlərə aiddir. Bu gün yola çıxmağınız məsləhət görülmür. Gözlənilməz məsrəflərə özünüzü hazırlayın.

QIZ

Yaxşı olar ki, xəyalla gerçəkliyi fərqləndirəsiniz. Öz gücü ilə planlarını düzgün dəyərləndirən şəxslər istədiklərinə nail ola bilərlər. Amma xəyalpərəst “Qız”lar hər şeyi itirmək riskilə üz-üzədir. Ehtimal ki, dostlar sizin ziyarətinizə gələcəklər, birlikdə yaxşı zaman keçirəcəksiniz.

TƏRƏZI

Işgüzar münasibətlərdə ciddi fəsadlar özünü göstərəcək. Bürcün nümayəndələrinin müdiriyyətlə münasibətləri o dərəcədə kəskinləşəcək ki, onlar iş yerlərini dəyişmək qərarına gələcəklər. Digər tərəfdən, yaxınlarınızdan sizi narahat edən sualları cavablandırmağı tələb etməklə, onların zəhləsini tökəcəksiniz.

ƏQRƏB

Ehtimal ki, maliyyə itkisi olacaq. Buna səbəb isə gözünüzü yumaraq pul xərcləməyinizdir. Şəxsi müstəvidə elə bir ciddi problem baş verməyəcək. Yaxınlarla yaxşı dil tapacaqsınız, mübahisələrə yol verməyəcəksiniz. Gün ekskursiya xarakterli gəzintilər üçün münasib sayılır.

 OXATAN

Həmkarlarınız və qohumlarınız inad edəcəklər və siz onların təsiri altına düşməmək üçün çətinlik çəkəcəksiniz. Nəticə ədalətsiz olacaq, siz öz problemlərinizi kənara qoyaraq, başqalarının işlərilə məşğul olacaqsınız. Hər dəfə güzəştə getməyiniz yersizdir, öz maraqlarınız uğrunda çalışın.

OĞLAQ

Işdə qərar tuta bilmirsiniz, tez-tez fikrinizi başqaları yayındıracaq. Onlara elə gəlir ki, sizdən fərqli olaraq, onların problemi daha aktualdır. Sakitlikdə onları başa salmaq cəhdiniz də uğursuz alınacaq, çünki bundan da inciyəcəklər. Ona görə də öz maraqlarınızla onların arzuları arasında bir əlaqə yaradaraq hərəkətə keçməlisiniz.

DOLÇA

Işdə dərəbəylik baş alıb gedir, bunun da ucbatından çox işin öhdəsindən gəlmək mümkün olmayacaq. Xırda məsələyə görə yaşanan mübahisələr sizi dəhşətli dərəcədə qıcıqlandıracaq. Alış-verişi təxirə salın. Gün, əsasən sevgi macərası üçün münasibdir. Işdəki stressi yalnız bu yolla ata bilərsiniz.

 BALIQLAR

Yaradıcılıq potensialınız yüksəkdir və bu, həyatınızın  bütün sferalarına təsir edəcək. Işdə əhəmiyyətli dəyişiklik baş verəcək. Yeni layihələrə başlaya bilərsiniz. Yaxınlarla münasibət yeni müstəvidə inkişaf edəcək. Fikir ayrılığının yerini qarşılıqlı anlaşma tutacaq.