Cığallar

Eldəniz Quliyev

Noldu?..  Mən bəzi  Dövlət Yol Polisi  müfəttişləri haqqında yazanda,onların etik davranış qaydalarına əməl etmədiklərini, sürücülərlə  kobud rəftar etdiklərini dilə gətirəndə üstümə  töklüşdülər?! İndi niyə dillənmirlər? Hə, Zahidov cənabları, Gözəlov,Usubov cənabları,eləcə də   Elçin  Mirzəbəyli, Əli Əliyev, ,Siyavuş Novruzov  kimi digər paqonlu-paqonsuz cənabcığaz-cığallr,- nədən  susursunuz? Dillənin də! Bu dəfə düz sözü  müxalif fikirli insan demədi deyə,  lalmı oldunuz?Mən: “…bəzi polis işçiləri dana oğrusunu  xatırladır” dedim, E.İbrahimov isə onların əsl  DANA olduğunu  Milli Məclis səviyyəsində bəyanladı. 

 Millət vəkili onları bir başa təhqir etdi- lap belə əcəb  də elədi- qoy  onu  da  məhkəməyə  çəksinlər, xüsusi ittiham qaydasında barəsində cinayət işi açsınlar, cəza kəssinlər- 480 saat ictimai işə cəlb etsinlər, ölkədən çıxışına yasaq qoysunlar, məcburi şəkildə 1000 manat  ödətsinlər, arxasınca çuğullar  salıb qaraba-qara izlələtsinlər!..Etməzlər. Edə bilməzlər! Hünərləri çatmaz! Çünki, Eldar İbrahimov YAP-çıdı,çünki Eldar İbrahimov  millət vəkilidi, əli hər yerə çatır.  Çünki  DYP İdarəsinin  biabırçı fəaliyyəti  üzqarasıdır və bu qurum  bəzi  səviyyəsiz, mədəniyyətdən,peşəkarlıqdan,ən əsası isə QANUNUN aliliyindən bixəbər   adamların səriştəsiz idarəçiliyi altındadır. Dillənsələr, -bütün paxırları  açılacaq, mahiyyətləri,nəyə qadir olduqları aşkarlanacaq!  İnsanları  “sort”lara bölmələri,  vətəndaşlara Qanun qarşısında bərabər  hüquq vermədikləri,Konstitutsiyada təsbit edilən   hüquq və azadlıqlara  sayğısızlıqları və s. və i.a. üzə çıxacaq!.. 

Bəli, qüsurlu dairə belə qapanır. Dairə isə,bildiyiniz kimi, eyni zamanda ortası  boş olan  bublikə  bənzəyir… Hüquqi nihilizmi ehtiva edən  DYPİ-nin  yaratdığı  belə  boşluqların  Azərbaycan Dövlətçiliyinə xələl gətirməsi haqda isə,  məncə, fikir ayrılığı ola bilməz!..