Siyasi mühacir Tural Həsənzadə ADDA-nən NRW nümayəndəliyinə sədr seçildi
Almaniyada fəaliyyət göstərən və azərbaycanlılardan ibarət Avropa Demokratiyaya Dəstək Alyansının Nordrhein -Westfalen (NRW) fedaresiyası üzrə nümayəndəliyi yaradılıb. Nümayəndəliyin təsis yığıncağı azərbaycanlıların Almaniyada sıx yaşadığı Köln şəhərində baş tutub. Nümayəndəlik bu federasiyada soydaşlarımızın birliyinin təmin olunması, xüsusilə siyasi-ictimai fəaliyyəti ilə bağlı və ölkəsində sosial-ictimai problemlərdən dolayı mühacirətə məcbur olmuş soydaşlarımıza yardım edilməsi və Azərbaycanda demokratiyanın bərqərar olması naminə Avropadan dəstək istiqamətində iş aparacaq.
Təsis yığıncağını ADDA-nın rəhbəri, Nürnberqdə yaşayan Tural Sadıqlı açıb və Avropanın müxtəlif bölgələrində soydaşlarımızın fəallığının artırılmasının zəruriliyini vurğulayaraq alyansın nümayəndəliklərinin açılması barədə danışıb.
ADDA-nın NRW nümayəndəliyinin 7 nəfərdən ibarət idarə heyəti yaradılıb. İdarə Heyətinə bu şəxslər seçilib: Maarif Ağammədov, Nurlan Əliyev, Zaur Məmmədov, Laiq Xudiyev, Ərşad İmaməli və Elşən Ağayev. Böyük səs çoxlugu ilə Azərbaycanda vicdan məhbusu olmuş Tural Həsənzadə İdarə Heyətinin sədri seçilib.
Qeyd edək ki, Avropa Demokratiyaya Dəstək Alyansı 2014-cü ilin avqust ayında Almaniyanın Nürnberq şəhərində yaradılıb. Indiyədək Almaniyanın Nürnberq, Berlin, Münster şəhərlərində müxtəlif tədbir və aksiyalar təşkil edib və soydaşlarımızın Avropadakı birliyinin təmin olunması üçün işlər aparıb.