Dünyanın ən gözəl istirahət yerləri FOTO VİDEO

Dünyanın bir-birindən rəngarəng əraziləri və orada yaradılan beş ulduz otellər yay aylarında  insanların diqqətini daha da çəkir. Azadliq.info-nun Daily Mail-ə istinadən verdiyi məlumata görə əsasən də tropik bölgələrdə yerləşən otellər yayda istirahət və müalicə üçün daha əlverişli hesab olunur. Bu günlərdə dünyanın ən gözəl istirahət zonaları və otellərinin siyahısı tərtib olunub. 

Fransız Polineziyasındakı Bora-Bora istirahət zonası dünyanın ən gözəllərindən sayılır. Buradakı  iki restoran, spa-massaj xidməti, gözəl otel, istirahət edənlərə müalicəvi xidmətlər turistləri razı salır. 
Tailandın Float House River Kwai  oteli də öz möcüzəvi gözəlliyi ilə diqqəti çəkir. Bu oteldə yalnız təbiətin gözəlliyindən həzz almaq və maraqlı ekskursiyalarda iştirak etmək istəyənlər istirahət edir. 
Maldiv adalarında yerləşən Konrad Rangali beş ulduzlu oteli adanın ən qiymətlisidir. Bu oteldə dünyada yeganə olan sualti restoran fealiyyet göstərir. Bu restoranda Avropa mətbəxinin ləziz yeməklərini dadan turistlər həmçinin mərcan qayalıqlarını və okean canlılarını izləməkdən zövq alır. Otelin 150 sayda ferqli otaqları var.      
Likuliku Lagoon Resort oteli Ficidə yerləşir. Bu otel Ficinin ənənəvi memarlıq üslubunda tikilib. Bu oteldə, Sakit okenın sahilində sözün əsl mənasında sakitləşmək mümkündür. 
 
Punta Caracol Acqua Lodge Panamada yerləşir. Bu oteldə turistlər istirahətlə yanaşı yerlı xalqların yaşamı, mədniyyəti, mətbəxi, tarixi ilə yaxından tanış ola bilərlər. Otelin restoranları isə okean sularının üzərində qurulub. 
Malaziyanın Berjaya Langkawi Resort  oteli, Cambocanın Song Saa Private Island, Vyetnamın Vinpearl Luxury Nha Trang otellərinin  də siyahıda yeri var.