
30 yaşlı adam gəlinciyə bənzəmək üçün 175 min sterlinq (208 min manatdan çox) pul xərcləyib.
Rodriqo Alves "Barbie" gəlinciyinin dostu "Ken"ə oxşamaq istəyir. O, "Mirror" qəzetinə müsahibəsində "Ken"in ideal xarici görünüşü olduğunu və buna görə də ona paxıllıq etdiyini, ona oxşamaq istədiyini deyib.
Braziliyalı Rodriqo Alves 20 yaşından etibarən 30 dəfə cərrahiyyə əməliyyatı və müxtəlif kosmetik prosedurlar keçirib. Hal-hazırda 31 yaşı olan Alves ilk əməliyyatını 2004-cü ildə etdirib. Londonda yaşayan Ridriqo təkcə qulaqlarına və burnuna 50 min sterlinq (60 min manata yaxın) pul xərcləyib.
Rodriqo Alvesi iflic olması belə durdura bilməyib. Belə ki, o, daha əzələli görünmək üçün qollarına xüsusi gel vurdurmuşdu. Gelin bədənə yeridilməsi nəticəsində onun vücuduna infeksiya keçmişdi.
"Səhəri gün hər iki qolum tamamilə iflic olmuşdu, əl-üzümü belə yuya bilmirdim. Depresiyaya düşmüşdüm, hər gün ağlayır və dua edirdim. İş o yerə çatmışdı ki, həkimlər mənim qollarımı kəsmək istədilər. Onlar deyirdilər ki, əgər infeksiya ürəyə çatsa, mən öləcəm. Lakin 3 həftə sonra mən ailəmin və dostlarımın köməyilə sağaldım", – deyə Alves müsahibəsində bildirib. (ans)


