Yaxınları cəbhəçi gənclə görüşə bilmir

AXCP Gənclər Komitəsinin üzvü Elvin Abdullayevə yaxınları ilə görüşə imkan verilmir. Bu barədə “Azadlıq” qəzetinə E.Abdullayevin anası məlumat verib. Elvin Abdullayevin vəkili isə  “Azadlıq” qəzitinə verdiyi açıqlamada Elvinin valideynlərilə görüşünə məhdudiyyət yaradılmasından xəbərsiz olduğunu, məlumatı dəqiqləşdirmək üçün sabah müdafiə etdiyi şəxslə  görüşəcəyini bildirdi.  Bəhruz Bayramov  eyni zamanda, sonuncu dəfə Elvin Abdullayevlə görüşü zamanı ondan  valideyinləri və yaxınları ilə görüşə icazə verilməsi  üçün ərizə alıb müstəntiqə təqdim etdiyini bildirdi.  Xatırladaq ki, Xətai Rayon Məhkəməsi Elvin Abdulla barəsində yanvarın 10-da  4 aylıq həbs qətimkan tədbiri seçib. Elvin Abdullayev cinayət məcəlləsinin 234-cü maddəsi ilə ( CM bu maddəsi qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə kimi kimi hallarla məşqul olan adamlara şamil edilir) ittiham olunur.  

azadliq.info