
«Neftin qiymətinin aşağı düşməsi iri layihələrin icrasına öz təsrini göstərir»
Nemət Əliyev: «Ən iri maliyyə vəsaitləri ölkənin neft sektorunda mənimsənilib»
Azərbaycan hakimiyyəti dünyadakı neft böhranının ölkəmizə təsir etməyəcəyini iddia etsə də reallıq tam başqa cürdür. Bundan başqa vaxtaşırı müxtəlif məmurlar da açıqlamalarında böhranın Azərbaycana vurduğu ziyandan söz açırlar. Baxmayaraq ki, dövlət başçısı hər çıxışında əksini sübut etməyə çalışır. Nəqliyyat naziri Ziya Məmmədovun da açıqlaması bu qəbildəndir.
Nazir mətbuata açıqlamasında bəzi etiraflarda bulunub. Nazir bildirib ki, bir sıra iri layihələrin dayandırılmasının səbəbi məhz dünya bazarında neftin qiymətinin düşməsidir: “Bakı şəhəri ilə Sumqayıt şəhəri arasında sürətli elektrik qatarının təşkili ilə əlaqədar Nəqliyyat Nazirliyinin müvafiq qurumları arasında fikir mübadiləsi aparılır.ÿBununla bağlı arzu var. Amma bu arzunu yerinə yetirmək üçün böyük maliyyə vəsait tələb olunur. Hazırda dünyada neftin qiyməti aşağı düşüb. Bu da öz növbəsində layihələrin icrasına öz təsrini göstərir. Yəni bu cür layihələri ləngidir”.
Z.Məmmədov eyni zamanda respublika ərazisində çəkilən yollarla da bağlı fikirlərini bölüşüb: “Son illər ərzində həm yükdaşımaların, həm də sərnişindaşımaların daşınması artıb. 2014-cü ildə nəqliyyat-yol infrastrukturuna 2.5 milyard manat investisiya yatırılıb: ”Bunun da 1.9 milyard manatı avtomobil yollarına yönəldilib. Ölkədə yeni yolların tikintisi daima diqqət mərkəzindədir”.
Iqtisadçı Nemət Əliyevdən Z.Məmmədovun fikirlərinə münasibət öyrəndik. N.Əliyev öncə Z.Məmmədovun son etirafına toxundu. Ekspertin fikrincə, sürətli elektrik qatarının çəkilişi elə ilk gündən Azərbaycan üçün bir xəyal idi. Çünki həmin proyektin gerçəkləşməsi böyük maliyə vəsaitləri tələb edirdi: “Azərbaycan kimi korrupsilaşmış hökümətin belə bir layihə irəli sürməsi daha çox ona hesablanmışdı ki, həmin proyektə ayrılan vəsaitlər yayındırılsın. Belə bir ölkədə səslənən bu fikirlər təbii ki, xəyal idi. Onsuz da həmin proyekti reallaşdıran deyirdilər. Sadəcə indi neftdən gələn pullar da azalıb. Ona görə bu layihəni özləri də xəyal adlandırır. Ümumiyyətlə Azərbaycan hakimiyyətinin reallaşdırdığı siyasət yanlış olub. Dövlət vəsaitləri təssüflər olsun ki, elə sahələrə yönəldilir ki, onlar ölkədə iqtisadi inkişafı təmin etmir. Infrastruktur layihələri reallaşdırılmalıdır. Maddi istehsal ilə qeyri-maddi istehsal arasında bölgü düzgün aparılmalı idi”.
N.Əliyevin fikrincə, yollara investisiya qoyulmalıdır. Amma həmin yollarla daxildə istehsal olunan malların daşınmasına da şərait yaradılmalıdır: “Azərbaycanda investisyaların sahələr üzrə təsnifatı aparılsa o zaman məlum olacaq ki, 2008-dən sonrakı dövrdə ölkə nəqliyyatına 2.5 milyard dollar investisya yatızdırılıb. Hətta 2014-cü ildə bir qədər də qabağa getdilər həmin sahəyə 3.5 milyard dollar yatırmağı qərara aldılar. Amma bu vəsitlər yolların keyfiyyətinə, tıxaclara təsir edibmi? Ölkə tozun-torpağı içində batır. Hər iki-üç aydan bir asfalt örtüyü yeni çəkilmiş yollar yenidən qazılır. Məqsəd aydındır ayrılan maliyyə vəsaitlərini silmək. Ən iri maliyyə vəsaitləri ölkənin neft sektorunda mənimsənilib. Bu faktlara Hesablama Palatası, Maliyyə Nazirliyi sözün deməlidir”.
Xəyal



