Xamneyi ABŞ və Avropa gənclərinə müraciət etdi

İranın Ali dini rəhbəri ayətulla Əli Xamneyi Avropa Birliyi və ABŞ gənclərinə açıq məktub vasitəsilə müraciət edərək bildirib ki, Qərb islam dini və müsəlmanlara qarşı nifrət oyatmağa çalışır. Ayətulla Qərb gəncliyini “dezinformasiya kampaniyasının” qurbanına çevrilməməyə çağırıb. Əli Xamneyi  islam dini barədə bilik və məlumatları gerçək mənbələrdən, ilk növbədə, Qurandan öyrənməyə çağırıb. Məktubun yazılmasına səbəb bu yaxınlarda Fransada baş vermiş hadisələr olub, ayətulla Xamneyi  məktubunda qeyd edib. 
İngilis dilində yazılmış həmin məktub, İran Ali dini rəhbərinin rəsmi vebsaytında dərc olunub.