Hər ilin əvvəlində keçirilən foruma üə minə yaxın iş adamı, tanınmış maliyyəçilər və 50-dən artıq dövvlət və hökumət başçısı da daxil olmaqla siyasi xadimlər toplaşır.
Bəs forumda iştirak neçəyə başa gəlir?
Əvvəla Davos forumuna qatılmaq imkanı əldə etmək üçün World Economic Forum qeyri-kommersiya təşkilatına üzv olmaq lazımdır. Bu təşkilat isveçrəli iqtisadçı Klaus Şvab tərəfindən yaradılıb. Bu strukturda üzvlüyün bir neçə mərhələsi var.
Baza səviyyəsinə malik olanlar Davosa dəvət almaq üçün illik 52 min dollar üzvlük haqqı ödəməlidir. Foruma bilet 19 min dollarddır. Beləliklə Davos forumunda iştirak hüququ əldə etmək üçün 71 min dollar ödəmək lazımdır. Lakin bu tədbirə «giriş üçün biletdir». Bundan əlavə, nəqiliyyat xərcləri, bir çox halda şam yeməyi və kokteyl-qəbulun təşkili də əlavə xərc tələb edir. Forumda baş verən əsas hadisələr məhz bu mərasimlərdə baş verir. Nəticədə Davosa bir neçə günlük səfər yarım milyon dollardan baha başa gəlir.
Foruma həyat yoldaşı yaxud mühafizəçiləri ilə qatılanlar onlara görə də eyni məbləği ödəməli olur. Bu isə bir milyon dollardan baha başa gəlir.
azadlıq.info


