Mühafizəçilərlə polis arasında qarşıdurma VİDEO

Baş Prokurorluq «Qala-BTX» ilə bağlı məlumat yaydı

Yanvarın 21-də “Qala-BTX” Beynəlxalq Mühafizə Xidmətinin əməkdaşları yenidən etiraz aksiyası keçirmək üçün metronun “Içərişəhər” stansiyası yaxınlığında toplaşıblar. Bu haqda Azadlıq Radiosuna məlumat verən “Qala” əməkdaşları deyirlər ki, polislər aksiya keçirmək istəyənləri kobud şəkildə metronun ətrafından uzaqlaşdırıblar. Etirazçılardan Vasif Rəhmanov baş verənləri belə təsvir edir: “Təxminən 30 nəfər yığılmışdıq, digərlərini də gözləyirdik ki, aksiyanı harada keçirəcəyimizlə bağlı qərar verək. Bu zaman polislər bizə yaxınlaşıb, metro ətrafından uzaqlaşmağımızı istədilər. Biz də aralıqdakı parka toplaşdıq. Birazdan aksiyanı hansı dövlət orqanının qarşısında keçirəcəyimizlə bağlı qərar verəcəyik”.
Yanvarın 19-da xidmətin bir qrup əməkdaşı Bakıda, Prezident Adminstrasiyasının qarşısında aksiya keçirmişdi.
Onlar xidmətin rəhbərliyi tərəfindən aldadıldıqlarını iddia edirlər. Aksiyaçılar bildirir ki, bir neçə ay öncə fəaliyyətə başlayan xidmətdə işə düzəlmək üçün depozit adı ilə onlardan 2-3 min manat arası pul alınıb.
Bir müddət öncə xidmətin bağlandığı elan olunub. Əməkdaşlar həm depozit üçün verdikləri pulu, həm də bir neçə ay toplanıb qalmış maaşlarını tələb etsələr də rəhbərlikdən onlara ödənəcək pulun olmadığını bildiriblər.
Dünən Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı cinayət işi başlanıb və  Bakı Şəhər Baş Polis Idarəsində istintaq tədbirləri davam etdiririlir. Məlumata görə, cinayət işi Bakı şəhər sakini Gündüz Cəfərovun müraciəti əsasında araşdırma aparıldıqdan sonra başlanıb: “Araşdırmalar zamanı ”Qala-BTX" və “Azər Mühafizə” MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına pul keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar aldığı bəlli olub".
Sənəddə deyilir ki, 2014-cü ilin noyabr ayınadək əməkdaşlara müxtəlif məbləğlərdə pul ödənilib. Lakin məvacibin bir hissəsi mənimsənilib. Baş verənlərlə bağlı əcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham edilərək Vüqar Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib".