AXCP sədrinin müavini Latviyanın dövlət katibi ilə görüşüb

AXCP sədrinin müavini  Razi Nurullayev  ötən gün  Latviyanın Dövlət Katibi  Andrejs Pildegovics ilə örüşüb. Görüşdə əsasən  Şərq Tərəfdaşlığı mövzusu müzakirə mövzusu olub. Eyni zamanda  Azərbaycanda baş verən ictimai-siyasi proseslər, Avropaya inteqrasiya məsələsi,  vətəndaş cəmiyyəti nümayəndələrinin, siyasi fəalların, blogger və jurnalistlərin həbsi ətrafında da müzakirə aparılıb. 

Qeyd edək ki, bu ildən Avropa Birliyində sədrlik Latviyaya keçib və Şərq Tərəfdaşlığı üzrə Zirvə Toplantısı da bu ilin martında Latviyanın paytaxtı Riqada keçriləcəkdir.