Beynəlxalq Freedom Now fəallar qrupu Şimalı Koreya lideri Kim Çen Inın devrilməsinə sərf etmək üçün 10 milyon dolların toplanması kampaniyasına başlayıb. Təşkilatçılar diktatorun devrilməsi və «Şimalı Koreya xalqının azad edilməsi» uğrunda birgə mübarizəyə çağırırlar. Freedom Now nümayəndəsi Endrü Foks bildirib ki, söhbət rejimin dayaqlarını sarsıdacaq şəbəkənin yaradılmasından gedir. Fəallar Şimalı Koreyanın bir bir neçə yüksək rütbəli generalları və müxadlifətlə əməkdaşlıq etməyi planlaşdırırlar.
Yardım kampaniyası zamanı 10 dolllar ödəyəcək şəxs Şimalı Koreyada hakimiyyətin devrilməsində iştirak barədə sertifikat alacaq, 1500 dollara görə leytenant rütbəsi almaq mümmkündür, 5 min dollar ödəcəyək şəxsin adı Şimalı Koreyada rejim devriləndən sonra ucaldılacaq abidənin üstünə həkk olunacaq, 10 min ödəyənin adı isə çevriliş barədə yazılacaq kitabda və çəkiləcək kitabda qeyd ediləcək.
azadlıq.info


