Hindistanın Haryana əyalətinə aid Yamunaqar qəsəbəsində evə girən bir meymun özünü əməlli-başlı mehriban dayə kimi aparmağa başlayıb. Meymun ailənin 16 aylıq qızını sanki övladlığa götürüb. O, körpəni hər fürsətdə öpür, qucaqlayır və təmizləyir.
Körpənin atası Sultan Sinq təxminən 3 ay əvvəl övladının yanına gedərkən onun bir meymunla oynadığını görüb. Güman olunur ki, meymun körpənin olduğu otağa pəncərədən girib. Sinq meymunun körpə ilə mehriban davrandığını, onu öpüb-əzizlədiyini görüncə, heyvanı evdə saxlamağa qərar verib.