
Moody’s Rusiyanın kredit reytinqini ən aşağı səviyyəyə endirdi. Bu barədə Moody’s beynəlxalq qiymətləndirmə təşkilatı açıqlama verib.
Açıqlamada bildirilir ki, təşkilat Rusiyanın kredit reytinqini “Baa1″dən “Baa2″yə endirilib.
Təşkilat buna səbəb kimi Rusiyanın orta vədəli artım proqnozlarının təzyiq altında qalmasını göstərib. Neftin qiymətinin aşağı düşməsi, Rusiyanın borclu şirkələrinin beynəlxalq bazarlara çıxışının bağlanması təşkilatın belə bir qərar verməsinə səbəb olub.
Qeyd edək ki, Ukrayna böhranına görə ABŞ və Qərb ölkələri Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Bu isə Rusiya iqtisadiyyatına ciddi təsir göstərib.
Ötən gün ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi barədə razılığa gəliblər.


