Litva müharibə hazırlıqlarına başladı

 

Litva Müdafiə Nazirliyi mümkün Rusiya işğalına qarşı önləyici tədbirlər görməyə başlayıb. Artıq bu məqsədlə 100 səhifədən ibarət “döyüş kitabçası” da hazırlanaraq xalqa təqdim edilib. Müdafiə naziri Yozas Olekas tərəfindən ictimaiyyətə təqdim edilən bu kitabçada, vətəndaşlara hər hansı işğal vəziyyətində panikaya düşməmək və məntiqli düşünmə bacarıqlarını qorumaları tövsiyə edilir. “Pəncərənizin önündə silah səsləri eşitmək, dünyanın sonu deyil” adlı kitabçada, döyüş şəraitində nələr edilməsi və necə davranılması lazım olduğu haqda məlumatlar yer alıb. Müdafiə naziri Yozas Olekas, Gürcüstan və Ukraynaya qarşı Rusiya təcavüzü, Litvanı da təhlukəsizlik tədbirləri görməyə vadar etdiyini bildirib.
 
azadlıq.info