
9000 beynəlxalq ekspert bu ilin təhlükələrini sadaladı
Vəfa Quluzadə: «Rusiyanın çöküşü 2015-də ciddi təlatümlərə səbəbə ola bilər»
Dünya Iqtisadi Forumun ekspertləri hesab edir ki, 2015-ci ildə geosiyasi risklər bəşəriyyətə təhlükə yaradacaq. Qlobal risklərə dair illik hesabatda xəbərdarlıq edilir ki, bu il dövlətlərarası münaqişələr, hakim rejimlərin çökməsi və dövlətlərin dağılması ehtimalı yüksəkdir. Geosiyasətin dünyanın taleyinə belə nəzərəçarpacaq dərəcədə təsiri soyuq müharibə başa çatandan bəri hiss olunmayıb.
Hesabatı 9000 beynəlxalq ekspert hazırlayıb. Dünya Iqtisadi Forumunun ekspertləri ümumilikdə 28 qlobal təhlükəni 5 qrupa bölərək təhlil edib. Bunlar iqtisadi, ekoloji, geosiyasi, sosial və texnoloji risklərdir. Maliyyə böhranından sonrakı illərdə geosiyasət dünya düzəninə təhlükə yaratmırdı. Ancaq Berlin divarı dağıdılandan sonra geosiyasət yenə dünya gündəminin mərkəzindədir. ÿ
Krım münaqişəsi xatırlatdı ki, dövlətlərarası münaqişələr ağır geosiyasi nəticələrə səbəb ola bilər. DIF-nun versiyasına görə, belə münaqişələr 2015-ci ilin əvvəlinin ən böyük təhlükələri sırasındadır. Bundan əlavə, bir sıra ölkələrdə rejimlərin dəyişməsi, hətta dövlətlərin dağılması riski də mövcudur.ÿ
Ekspertlər nümunə kimi Ukrayna və Yaxın Şərq – Suriya və Iraq hadisələrini göstərir.ÿ
Xatırladaq ki, “Eurasia Group” konsaltinq şirkətinin ekspetləri hələ Ukrayna hadisələrindən əvvəl – 2015-ci ildə Rusiyanın beynəlxalq təhlükəsizliyə ciddi hədə olacağını bildirirdi.ÿ
Hər ötən ilin öz təhlükələri olduğunu deyən politoloq Vəfa Quluzadə vurğuladı ki, əsas təhlükələr adətən münaqişə zonalarından qaynaqlanır. Azərbacaynla Ermənistanın münaqişə vəziyyətində olduğunu deyən V.Quluzadə bildirdi ki, münaqişə hər an Rusiyanın təhriki ilə aktivləşə bilər: “Bunlar ümumi proqnozlardır. Ona görə harada nəyin olduğunu əvvəlcədən dəqiq demək olmaz. Amma əgər həqiqətən də Qərb Rusiyaya qarşı sanksiyalarını davam etdirəcəksə və Kreml rejimi çökəcəksə, bəli, bu zaman ciddi təlatümlər yaşana bilər. Rublun və neftin qiyməti durmadan düşür. Bütün bunlar isə Rusiyanın çöküşünü yaxınlaşdırır. Bu çöküşdən sonra ciddi fəsadlar meydana çıxa bilər”.
Xəyal


