Belçikada antiterror əməliyyatı 3 ölü, 1 yaralı

 
Belçikanın Verviers şəhərində terrorla mübarizə əməliyyatında 2 adamın öldüyü, 1 adamın ağır yaralandığı bildirilir. Şəhərdəki əməliyyatın, Yaxın Şərqdən gəlməsi ehtimal edilən döyüşçülərə qarşı keçirildiyi açıqlanıb.Əməliyyatın həyata keçirildiyi şəhərdə sıx təhlükəsizlik tədbirləri görülüb, hadisə yerinə çox sayda təcili yardım maşınları gətirilib. Antiterror əməliyyatının yalnız Verviers şəhərində yox, paytaxt Brüssel başda olmaqla, digər şəhərlərdə də həyata keçirildiyi bildirilir.Prokurorluq, Belçika daxilində radikal qruplara qarşı terror əməliyyatı çərçivəsində çox sayda adamın nəzarətə alındığını bildirib.
 
azadliq.info