Ermənistan mətbuatının məlumatına görə, Gümridə erməni ailəsini öldürən rus əsgərinin hüquq mühafizə orqanlarına təhvil verilməsini tələb edən etirazçılarla polis arasında toqquşma olub. Toqquşmalar Rusiyanın Gümridəki konsulluğu qarşısında baş verib. Altı vətəndaş yanıq və digər zədələr alıb, iki polis onlara tərəf atılan daşlardan xəsarət alıb. Bir nəfərin saxlanıldığı deyilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda yerləşən Rusiya hərbi bazasında xidmət edən əsgər Permyakov 6 nəfərlik erməni ailəsini qətlə yetirib. Rusiya tərəfi əsgəri Ermənistan hüquq mühafizə orqanlarına təhvil verməkdən imtina edir. Bu da Gümrüdə etirazlar səbəb olub.
azadlıq.info


