Martda neft 31 dollar olacaq

Bank of America Merrill Lynch ekspertləri hesab edir ki, neft qiymətlərinin azalması dayanmayıb. Onların proqnozuna görə, 2015-ci ilin mart ayının sonlarına qədər Brent markalı neftin qiyməti 31 dollara düşəcək.

Merril Lynch analitikləri neftin qiymətinin ucuzlaşmasının əsəs səbəbi kimi istehlakçı ölkələrdə xam neft ehtiyatlarının artmasını göstərir. 

Həmçinin WTI markalı neftin Brent-dən baha olacağı da proqnozlaşdırılır.

Lakin 2015-ci ilin ikinci rübündə Brent və WTI-ın qiyməti artmağa başlayacaq və 43 dollara çatacaq. Brent-in orta qiyməti 52 dollar, WTI-ın 50 dollar olacaq. Ancaq bütün bunlar Səudiyyə Ərəbistanı qiymətləri saxlamaq üçün hər hansı addım atmayacağı təqdirdə baş verə bilər. 

azadlıq.info