Qəzzafi əleyhdarları Milli Azadlıq Ordusu yaratdı (VİDEOLAR)
Liviyada Müəmmər Qəzzafi rejiminə qarşı vuruşan üsyançılar Milli Azadlıq Ordusu adı altında birləşməyə qərar verib. Müxalifətin Benqazidə qurduğu Milli Keçid Şurasının yaydığı açıqlamada bildirilir ki, Milli Azadlıq Ordusu hakimiyyətə qarşı silahlı mübarizə aparan üsyançıların daha professional davranışına və nizam-intizama stimul verəcək.
Mayın 30-dan 31-nə keçən gecə paytaxt Tripoli NATO qırıcılarının bombardmanına məruz qalıb. Zlitan şəhərində də koalisiya qüvvələri Qəzzafi əsgərlərinin hərbi hədəflərinə zərbələr endirib. Yayılan məlumatlara görə, 11 nəfər həyatını itirib.
Sarayı Bab-ül Əziziyyənin NATO qırıcıları tərəfindən bombalanmasından sonra ortalıqda görünməyən Liviya diktatoru Müəmmər Qəzzafi Tripoliyə gələn Cənubi Afrika Respublikasının prezidenti Yakob Zuma ilə görüşüb. Zumanın rəsmi qarşılanma mərasimi keçirilib.
Qəzzafi ilə görüşdən sonra mətbuata açıqlama verən CAR rəhbəri Yakob Zumanın sözlərinə görə, aparılan danışıqlarda ölkədəki hazırki durum geniş müazkirə olunub. Zuma Afrika Birliyi olaraq Liviyadakı qarşıdurmanın sona çatdırılması və sülhün bərqərar olmasını vacibliyini Qəzzafinin diqqətinə çatdırdığını söyləyib.
CAR prezidenti Qəzzafinin Afrika Birliyi tərəfindən irəli sürülən təklifi həyata keçirməyə hazır olduğunu bildirib. Bunun üçün ilk öncə NATO-nun bombardmanlarının dayandırılması lazımdır. Zumanın sözlərinə görə, Qəzzafi Liviya xalqının problemlərini həll etmək üçün danışıqlara başlamağa və Afrika Birliyinin təqdim etdiyi yol xəritəsinin tətbiqinə hazır olduğunu bildirib.
Bu arada “Əlcəzirə” kanalı Qərb ölkələrindən birinə aid xüsusi təyinatlıların Misratada düşərgə salmış üsyançılarla birlikdə olduğunu isbatlayan video görüntü yayımlayıb.
Həmin kadrlarda görünür ki, liman şəhəri Misrata yaxınlığındakı cəbhədə 6 nəfərdən ibarət qrup üsyançılarla söhbət edir. Xüsusi təyinatlılara məxsus geyimdə olan hərbçilərin lideri kimi təqdim edilən şəxs silahsız göstərilib.
İngiltərə mətbuatınya yayılan məlumatlara görə, təcrübəli müharibə reprotyorularından biri Toni Birtli 6 xüsusi təyinatlının böyük ehtimalla ingilis olduğunu söyləyib. Birtley həmin şəxslərin keçmiş xüsusi təyinatlı və üsyançıların yanında “xüsusi tapşırıq” üçün olduğunu bildirib.
İnformasiya şöbəsi


