Primakov Putinə çıxış yolu göstərdi

Rusiyanın keçmiş baş naziri  Yevgeni Primakov ölkədəki vəziyyətlə bağlı fikir bildirib. Primakov Rusiya rəhbərliyini təcrid olunmaq cəhdlərindən çəkinməyə çağırıb və bildirib ki, böhrandan çıxış yolu iqtisadiyyatın diversifikasiyasındadır. 
Keçmiş baş nazirin sözlərinə görə, Rusiya 2 il itirib, ancaq hələ də xammal asılılığından azad olunmayıb. İndi emal sahələri və yüngün sənayenin inkişaf layihələrini işə salmaq üçün ölkənin iki il vaxtı var. Bundan əlavə, regionlara daha çox iqtisadi müstəqillik vermək lazımdır. 
Ölkədə "rəngli inqilab" qorxusunun olmadığını deyən Primakov bildirib ki, Rusiya xarici siyasət məkanında Qərbdən qapanmamalıdır. O həmçinin Rusiya hakimiyyətini Ukraynanın Cənub-Şərq regionunu Ukraynanın ərazisi kimi tanımağa və bu mövqedən danışıqlar aparmağa çağırıb. 
Primankovun sözlərinə görə, Rusiya terrorizmlə mübarizədə və narkotiklərin yayılması məsələsində ABŞ, Avropa və Qərblə əməkdaşlıq etməlidir. "Bu olmadan biz ölkəmizi böyük dövlət olaraq itirəcəcəyik", – deyə Primakov qeyd edib. 
azadlıq.info