Dünya Bankı 2015-ci il üçün Rusiya iqtisadiyyatı üçün proqnozu kəskin pisləşdirib. Cəmi bir ay əvvəlki ötən qiymətləndirmə ilə müqayisədə ÜDM-in azalma tempi 4 dəfə azalaraq 2,9%-a düşüb. Hətta 2008-2009-cu il böhranı zamanı proqnoza belə tez-tez baxmırdılar.
Bir il əvvəl Dünya Bankının ekspertləri Rusiya iqtisadiyyatına 2015-c ilin yekunlarına görə 2,7% artım vəd etmişdi. 2014-cü ilin son 4 ayı ərzində Dünya Bankı proqnozu 3 dəfə azaldıb. Yanvarın 13-də bank proqnoza yenidən baxıb və onu 4 dəfə pisləşdirib.
Rusiyanın proqnozunu digər təşkilatlar da mənfi tərəfə dəyişib.
azadlıq.info


