Beynəlxalq reytinq agentliyi Fitch agentliyi Rusiyanın 13 iri şirkətinin reytinqini dəyişib. Reytinqi aşağı salınan şirkətlər arasında "Qazprom", "Lukoyl", "Novatek", "Rusiya dəmir yolları", "Qazprom neft", "Rostelekom", "Suxovo sərnişin təyyarələri ", "Tatneft" və "Uralkalium" var. Fitch həmçinin "Atomenerqoprom", "Federal sərnişin şirkəti", "Federal VES şəbəkə sistemi" və "Qızıl qütbü» şirkətlərinin reytinqini aşağı salıb. Bu şirkətlərin reytinqi BBB səviyyəsindən BBB- səviyyəsinə endirilib, reytinqlərə görə proqnozlar isə «neqativ»dir. Keçmiş maliyyə naziri Aleksey Kudrin reytinqin aşağı salınmasının dövlət borclarına neqativ təsir edəcəyini deyib. Onun sözlərinə görə, Rusiyanın avroistiqrazları «zibil» kimi satılacaq.
azadlıq.info


