
ABŞ Maliyyə Nazirliyi iqtisadi sabitliyin qorunması və davamlı inkişaf zəmini hazırlanması üçün beynəlxalq dəstəyə ehtiyac olan Ukraynaya 2015-ci ilin ilk yarısında 1 milyard dollarlıq kredit verməyi planlaşdırdığını bildirib. Nazirliyin açıqlamasında, Ukraynanın Beynəlxalq Valyuta Fondu (IMF) ilə əməkdaşlıq çərçivəsində köklü islahat öhdəliyinə sadiq qalacağı və şərtlərə əməl ediləcəyi təqdirdə, ABŞ rəhbərliyinin ilin ikinci yarısında da Ukraynaya 1 milyard dollar kredit ayrılmasını nəzərdə tutduğunu bildirib.
azadlıq.info


