Hakimiyyətin “yeraltı əməliyyatı”

28 Mayda və «Azdrama»nın qarşısında yerləşən keçiddəki ticarət köşkləri sökülür

28 May metrostansiyasının yaxınlığındakı yeraltı keçiddə ticarət köşkləri sökülür. Bu barədə azadlıq.info-ya köşklərin sahibləri məlumat veriblər. Onların sözlərinə görə, bu gün Bakı Şəhər İcra Hakimiyyətinin işçiləri keçidə gələrək köşkləri sökməyə başlayıblar. “Deyirlər ki, olimpiada ilə bağlıdır. Biz bu köşklərə pul vermişik. Elə adam var ki, burda köşk almaq 5000 min manat xərc çəkib.  Prezidentin açılışını etdiyi mağazalara dəymirlər. Amma köşkləri sökürlər”,- deyə köşk sahibləri bildirib.
Məlumatda o da qeyd olunur ki, baş verənlərə görə gərginlik yaranıb.

***

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının qarşısında yerləşən və 4 giriş-çıxışı olan piyada keçidinin bir hissəsindəki alış-veriş məntəqələri də sökülür.
Milli.az xəbər verir ki, səbəb kimi sakinlərin buradan rahat istifadə edə bilməməsi göstərilib. Deyilib ki. keçiddə özbaşına rəflər yaradanlar oradan istifadə edən camaatın sıxlığına səbəb olur. Həmin rəflər sökülür, mallar isə sahibləri ilə birlikdə keçiddən çıxarılır.