Merkel müsəlmanların yürüşünə qatılacaq

Almaniyanın kansleri Angela Merkel Parisdə baş verən terror aktını qınamaq və İslam dininə qarşı basqıların artmasına etiraz olaraq təşkil olunan yürüşə qatılacaq. Alman hökumətinin spiker müavini Georg Streiter, mətbuata verdiyi açıqlamada  Almaniya Türk Toplumu (TGB) və Almaniya Müsəlmanları Mərkəzi Şurası (ZMD) tərəfindən çərşənbə axşamı 18.00 da Brandenburg Qapısı qarşısında keçiriləcək nümayişə, baş nazir Angela Merkel, baş nazir köməkçisi Sigmar Gabriel ilə birlikdə digər nazirlərin də qatılacağını bildirib.
 
azadliq.info