“Azərbaycan hakimiyyəti ABŞ-a meydan oxuyur, cavabı verilməlidir”

Devid Kramer: “Rəsmi Bakı müasir Rusiyanı stavka ediləsi dövlət kimi görürsə, yalnız bəxtinin gətirəcəyinə ümid edə bilər”

“Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda Makkeyn İnstutunun icraçı direktoru vəzifəsində çalışan  Devid Kramer “Azadlıq” radiosunun rus xidmətinə Azərbaycandakı vəziyyətlə bağlı müsahibə verib. Müsahibəni təqdim edirik:

– Cənab Kramer, “The Wall Street”dəki məqalənizdə “Azadlıq”radiosunun Bakı bürosuna qarşı Azərbaycan hakimiyyətinin repressiyasına Vaşinqtonu yumşaq münasibət göstərməkdə qınamışdınız.

– Mən hesab edirəm ki, radionun bağlanmasına ABŞ Dövlət Departamentinin və Bakıdakı səfirliyimizin ilkin reaksiyası yumşaq və qətiyyətsiz olub. Yalnız bir neçə gün sonra biz bu hadisəyə Vaşinqtondan daha ciddi münasibətin şahidi olduq. Azərbaycanda baş verən hadisələrlə bağlı Konqress üzvlərinin daima məlumatlandırılması vacibdir. İndi Bakıda baş verənlər birbaşa ABŞ-a qarşı yönəlib.

– Amma belə görünür ki, ABŞ enerji daşıyıcıları təchizatçısı və Əfqanıstan üzrə tərəfdaşı olan Azərbaycanla münasibətləri korlamaq istəmir.

– Rəsmi Vaşinqtonun bunu görüb-görməyəcəyindən asılı olmayaraq, Azərbaycan hakimiyyətinin davranışını nəzərə almamaq heç cür mümkün deyil. Azərbaycan hakimiyyəti atdığı addımlarla ABŞ-a meydan oxuyur və belə meydan oxuma cəhdləri qətiyyətli cavab tələb edir.

– Necə bilirsiz, belə qətiyyətli addımlar Azərbaycanın açıq şəkildə Rusiyaya meyllənməsinə səbəb ola bilərmi?

– Artıq uzun illərdi ki, Rusiya ilə qonşu olan bəzi dövlətlər Moskva və Vaşinqtonla münasibətlərdə gah Rusiya, gah da Amerika kartından istifadə edirlər. ABŞ Azərbaycanı çiçəklənən, güclü, demokratik, bazar iqtisadiyyatı olan, Avropaya inteqrasiya edən, eyni zamanda Rusiya ilə yaxşı münasibətdə olan ölkə kimi görmək istəyir. Azərbaycanla Rusiya arasında münasibətlərin pis olması ABŞ-ın marağında deyil. Əgər Bakıdakılar Vaşinqtonun insan haqlarına hörmət etmək tələbini qəbul etməyib, Rusiyaya tərəf gedəcəklərsə, onlara “Xoş getdiniz” deyilməlidir. Əgər Azərbaycan müasir Rusiyanı stavka ediləsi dövlət kimi görürsə, yalnız bəxtinin gətirəcəyinə ümid edə bilər.