Kuba hakimiyyəti ABŞ-la münasibətlərin normallaşması çərçivəsində 36 siyasi məhbusu azadlığa buraxıb. Vaşinqton bu addımı dəstəkləyib. Azad edilənlər arasında tanınmış dissidentlər, siyasi fəallar, mədəniyyət xadimləri var.
Bir müddət əvvəl ABŞ rəsmiləri Kuba hökumətinin 53 nəfəri azadlığa buraxacağına dair vəd verdiyini bildirirdilər. Onların azad edilməsi ikitərəfli müünasibətlərin normallaşmasının bir hissəsi olmalıdır.
Siyasi məhbus siyahısı ABŞ tərəfindən hazırlanıb. Dissidentlərin adları açıqlanmır. Yaxın günlərdə digər məhbusların da azad ediləcəyi gözlənilir.
azadlıq.info


