Rusiyanı gözləyən 3-cü böyük təhlükə

Medvedev rublun düşməsinin ərzaq inflyasiyası yarada biləcəyini dedi
 

Soros isə Rusiyada böhranın daha da dərinləşəcəyini proqnozlaşdırır
 
Dünyada neft qiymətinin düşməyi ilə Rusiyaya qarşı sanksiyalar bu ölkəyə Qərb liderlərinin ümid etdiyindən də bərk zərbə vurdu. Bunu deyən məşhur amerikalı maliyyəçi Corc Soros Rusiyanın defolt olacağı barədə xəbərdarlıq edib.
 
O hesab edir ki, Rusiyada maliyyə böhranı hələ başlanğıc mərhələsindədir. Xatırldaq ki, defolt – borc öhdəliyinin yerinə yetirilə bilməməsidir, iflasdır.
 
Britaniyanın Financial Times qəzetinin yazdığına görə, Soros deyir ki, Rusiyaya qarşı sanskiyalar Avropa iqtisadiyyatına da zərər vurur, ancaq bu sanksiyaları yumaşaltmaq düşgün olmazdı.
 
Soros sanksiyalarla yanaşı Ukraynaya geniş yardım planına da çağırır. Sorosun fikrincə,bu proqram 50 milyard dollar olmalıdır.
 
Maliyyəçi hesab edir ki, Rusiyanın millətçi ekspansiyasının qarşısını yalnız bu yolla almaq olar.
Çünki Ukraynanın iflası Rusiyada yuxarı dairələrdə sərt xətt tərəfdarlarının mövqeyini gücləndirəcək.
 
Soros iki maraqlı fikir də söyləyir. O deyir ki, Avropa Birliyinə daha böyük təhlükə onun şərq sərhəddindəki böhrandan gəlir, nəinki Yunanıstandakı seçkidən.
 
(Yunanıstanda yanvarın 25-də parlament seçkisidir. Solçu Syriza partiyası qalib gəlsə, Yunanıstan avrozonadan çıxa bilər)
 
Sorosun başqa fikri odur ki, Avropa Birliyi liderləri hələ də anlamırlar ki, Rusiya Avropa Birliyinin əsasını dağıtmaq istəyir. Rusiyanın daşıdığı ideya odur ki, dünyanı idarə edən qanun yox, güc olsun.
 
Bloomberg agentliyi də Rusiyada defolt ehtimalının yüksək olduğunu yazır. Rusiya bu reyntinqdə Livan, Misir və Poortuqaliyanı geridə qoyub. 
Rusiyanın dövlət istiqrazlarının gəlirliliyi inkişaf etməkdə olan ölkələrin qiymətli kağızları arasında ən yüksəkdir və təxminən 7% təşkil edir. Livanda bu göstərici 5,9%-dir.     
Rusiyanın kredit reytinqi Fitch Ratings agentliyi tərəfindən artıq bu gün ən aşağı səviyyəyə endirilə bilər. Yaxın 90 gündə reytinq 50% aşağı salınacaq. Bunun əsas səbəbi isə ölkənin pul-kredit siyasətinin çevikliyinin kəskin azalmasıdır. 
Bu arada daha bir etiraf Rusiyanın baş naziri Dmitri Medvedevden gəlib. Ərzaq bazarında qiymət artımının olmaması üçün bütün zəruri addımların atılması tapşırığını verən Medvedev kənd təsərrüfatı naziri Nikolay Födırovla görüşdə vurğulayıb ki, rublun dəyərdən düşməsi ciddi ərzaq inflyasiyası təhlükəsi yaradır. Medvedevin sözlərnə görə, bu təhlükə iri şəhərlərdə daha çox hiss olunacaq.
Bununla Medvedev Rusiyanı gözləyən üçüncü təhlükənin anonsunu vermiş oldu. 
 
Məhəmməd Talıblı: “Rublun düşməsinin inflasiya təzyiqlərinin daha da artırmasını şərtləndirəcək”
 
İqtisadçı Məhəmməd Talıblı hesab edir ki, Corc Sorosun bir maliyyəçi, filantrop və siyasi oyunçu kimi rəyləri hər zaman diqqət mərkəzində olub. Özü də Soros dünyada və ya konkret regionda hadisələrin qızğın məqamlarında fikir bildirir: “Bu baxımdan onun Rusiyadakı vəziyyətlə bağlı söylədikləri ciddi məsələdir. Rusiyaya qarşı sanksiyaları sadəcə birmərhələli sanksiya kimi dəyərləndirmək strateji baxımdan yarımçıq qiymətləndirmə hesab edirəm. Onun üçün Qərbin və Avropa Birliyinin ciddi hədəfləri var. Hazırkı vəziyyətdəki böhran əlamətlərini bu hədəfə yetmək kimi qiymətləndirəm sadəlövhlük olardı”.
Medvedievin açıqlamasına gəlincə isə ekspert vurğuladı ki, bu bəyanatda birmənalı iqtisadi amil yoxdur: “Rusiyadakı yeni il şənlikləri və bayram günləri göstərdi ki, vətəndaşların zəruri malllardan başqa bahalı xidmətlərdən istifadə imkanları nəzərə çarpmadı. Ərzaq məhsullarının inflyasiyaya məruz qalması isə daha çox ölkə iqtisadiyyatındakı bahalaşmanın nəticəsi idi. Rublun düşməsinin inflasiya təzyiqlərinin daha da artırmasını şərtləndirəcək. Daha çox zəruri mallara xərclənəcək pullar rub rublunun durumunu bundan sonra daha da ucuzlaşdıracaq. Eyni zamanda daxili bazardakı inflyasiya doğrucu amillərin aktivləşməsi ilə yanaşı, idxal inflyasiyası da toplam inflyasiya tempini sürətləndirəcək. Ən əsası odur ki, çaş-baş vəziyyətdə qalan hökumət üzvləri hökumət daxilində koordinasiyanı itiriblər”.
Xəyal