Azərbaycanda bəzi şirkətlər Rusiyada baş verənlərin ölkəmizdə də təkrarlanacağından narahat olaraq ölkə daxilində maliyyə əməliyyatlarını milli pulla deyil, dollarla həyata keçirməyə başlayıb. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, xüsusilə məişət texnikasının satışı ilə məşğul olan firmalar kreditə verdiyi mallara görə ödənişləri manatla deyil, dollarla qəbul edirlər.
Nəzərə alsaq ki, Azərbaycandakı iri şirkətlər məmur-oliqarxlara məxsusdur, o zaman bu narahatlığın əslində hakimiyyət daxilində olduğu aydın olur. Görünür, hakimiyyət manatın kursunun indiki kimi qalacağına əmin deyil. Bu baxımdan da məmurlar nəzarətlərində olan şirkətlərə ölkə daxilində maliyyə əməliyyatlarını dollarla həyata keçirmələri barədə göstəriş veriblər.
Məlumat üçün qeyd edək ki, Mərkəzi Bank manatın kursunu saxlamaq üçün ciddi tədbirlər görür. Lakin bununla belə manatın Rusiya rublunun aqibətini yaşayacağı gözləniləndi.


