
Bu həftə baş tutan CEATEC JAPAN 2014 sərgisində tamaşaçılar Chihira Aiko adlı insandan fərqlənməyən yeni robotla tanış olublar. Əllərini və qollarını çox rahat şəkildə hərəkət etdirən bu robot, işarət diliylə danışır. Aiko əsasən xəstə insanların müalicəsində onlara kömək etmək üçün istehsal olunub.
Gənc qadın fiqurunda olan robot gözlerini qırparaq təbəssümlə ona yaxınlaşanları salamlaya bilir. Aiko Chihira tək yapon dilində deyil başqa dillərdə o cümlədən ingilis dilində də danışır. O insanın jest və mimikalarını təqlid edərək sevinə və kədərlənə bilir.
Bu robotun istehsalının yaxın 10 ildə daha da çoxaldılması nəzərdə tutulub. Ondan tibb sahəsi ilə yanaşı gələcəkdə aeroportlarda və otellərdə də istifadə olunması planlaşdırılır. (azadliq.info)

