Neft qiymətləri nə qədər ucuzlaşa və qalxa bilər?

Neft qiymətlərində eniş davam etdiyi vaxtda, “Reuters”in Texniki analitiki Wang Tao, neftin düşə biləcəyi minimum qiymətlər barədə bir hesablama aparıb.

Taoya görə, ABŞ xam nefti  böyük ehtimalla 37,74 dollara qədər enə bilər. Texniki analitik Brent nefti üçün ola biləcək ən aşağı qiymətin isə 41,99 dollar səviyyəsində ola biləcəyini hesablayıb. Brend markalı neftin bir bareli üçün maksimal qiymət isə 58,24 dollar ola biləcəyini bildirib.

Bu gün Brent nefti 50 dollardan aşağı düşərək  5,5 ilin ən aşağı səviyyəsinə enmişdir.