Cəmil Həsənli: “Bununla bağlı yayılna xəbərlər həqiqətə uyğun deyil”
Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun qurumdan getməsi ilə bağlı məlumatlar yayılıb. Publika.az-ın yaydığı xəbərə görə, İbrahimbəyov məsələ ilə bağlı Milli Şura sədri Cəmil Həsənli ilə telefon danışığında müzakirə aparıb.
Məsələ ilə bağlı “azadlıq.info”ya açıqlama verən Milli Şura sədri Cəmil Həsənli xəbərin həqiqətə uyğun olmadığı deyib. “Bizim hər gün Rüstəm İbrahimbəyovla telefon danışığımız olur. Söhbətimizin Milli Şuraya aid hissəsindən qurumun daha da gücləndirilməsi, ictimai-siyasi proseslərə təsirinin artırılması barədə danışırıq. Hec vaxt onun Milli Şuradan getməsi barədə söhbət olmayıb. Yayılan məlumat yalandır”.


