“Nə qədər ki, Kreml təcavüzkar siyasətini davam etdirəcək…”
ABŞ Dövlət Departamenti Rusiyanı yeni sanksiyalarla hədələyən bəyanat verib. Bəyanatda deyilir ki, Moskva Ukraynaya qarşı təcavüzkar siyasətini dayandırmasa, onu yeni sanksyalar gözləyir: “Nə qədər ki, Kreml mövcud təcavüzkar siyasətini davam etdirəcək, bir o qədər yeni sanksiyaylarla üzləşəcək”.
ABŞ həmçinin, əsir götürülmüş Ukryana vətəndaşlarının azad olunmasına da tələb edir. “Təcili olaraq ukraynalı əsirlər, o sıradan pilot Nadejda Şevçenko və kinorejissor Oleq Sençov azad edilsin”, deyə Dövlət Departamentinin bəyanatında bildirilir.
azadliq.info



