
ABŞ və İngiltərə arasındakı ikitərəfli əlaqələrin çox yaxşı inkişaf etdiyini bildirən baş nazir Devid Kameron, Obamanın ona “bro” , deyə müraciət etdiyini bildirib. Kameron, ABŞ-la ikitərəfli əlaqələrin daha əvvəl heç vaxt bu qədər yaxşı olmadığını da bildirib: ” Ölkələrimiz arasındakı əlaqələrin həm xüsusi mənada, həm də ictimai mənada ən güclü olduğu dövrü yaşayırıq. Mən, bundan məmnunam”,deyə Devid Kameron bildirib. “The Telegraph” da yer alan xəbərdə, prezident Obamanın istifadə etdiyi ‘Bro’ termininə də açığlama gətirilib. Yazar Rosa Prince, bunun ‘”Brother” (qardaş) sözünün qısaldılmış forması olduğunu bildirib.


