
İbrahim Tatlısəs gələn seçkilərəd Şanlıurfadan millət vəkilliyinə namizəd olacağını bildirib.
2011-ci ildə millət vəkili olmaq üçün işlərə başlayan İbrahim Tatlısəs, millət vəkilliyi üçün bu dəfə qərarlı olduğunu bildirən məşhur müğənni “Twitter”dən bunları yazıb: “Bu dövr, artıq kimsə məni vekillikdən məhrum edə bilməyəck. Çünki bu dəfə bunu qızım Elif Ada üçün istəyirəm. Həmyerlilərimiz yanımda olduğunu bilirəm. Amerikadan dönəndən sonra inşallah, çalışmalarıma başlayacağam. Sevenlerimle paylaşmaq istədim. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni namizəd Şanlıurfalı İbrahim”.


