Rusiyada nazir özünü kabinetində güllələdi

Rusiya Federasiyası Mari El Respublikasının daxili işlər naziri, general-mayor Vyaçeslav Buçnevin yanvarın 3-də iş otağında özünü güllələyib.

Rusiya KİV xəbər verir ki, nazir dekabrın 26-dan məzuniyyətdə olub. Onun istirahət müddəti yanvarın 8-də bitməliymiş. Amma o, məzuniyyət günlərində də iş yerinə gedib-gəlirmiş.

İntiharın səbəbi barədə rəsmi versiya hələlik səslənməyib. Hazırda hadisə ilə bağlı istintaq-əməliyyat qrupu işləyir.

Nazirin intihar etdiyi barədə ilk məlumatı Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn yayıb.Deputat tvitter səhifəsində qeyd edib ki, bayramdan dərhal sonra Buçnev haqqında vəzifə səlahiyyətlərini aşma ittihamı ilə cinayət işi açılacaqdı. Xinşteyn “Moskovskiy komsomoleç” qəzetinə deyib ki, söhbət nazirin qanunsuz yollarla və saxtakarlıqla bir neçə mənzil əldə etməsindən gedir. Deputatın sözlərinə görə, məsələ Rusiya Daxili İşlər Nazirliyinə məlum olub və Buçnev buna görə nazirliyə çağırılıb, oradakı söhbətdən sonra isə ərizə yazaraq məzuniyyətə çıxıb. Buçnev yeni illə əlaqədar bayram tətili qurtaran kimi barəsində cinayət işi açılacağını bilib. Buna görə də özünü öldürüb. 

Hüquq mühafizə orqanlarındakı adı açıqlanmayan mənbə isə TASS agentliyi deyib ki, Rusiya DİN-də Buçnevin fəaliyyətindən narazılıq olmayıb.

Buçnev 2011-ci ildən Mari El Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. Bundan əvvəl o, Kirov və Permi rayonlarında işləyib.

azadliq.info