
***
Aleksey Navalnı Manej meydanında saxlanılıb. Bu barədə Korrupsiya ilə mübariz fondunun mətbuat xidmətinin rəhbəri Kira Yarmış Tvitterdə məlumat yayıb. Meydanda canlı yayımda da Navalnının Tverskoy küçəsində jurnalistlərlə söhbəti zamanı polislər tərəfindən saxlanıldığını görmək mümkün idi.
***
Rusiya paytaxtı Moskvanın mərkəzində – Manej meydanında Navalnı tərəfdarlarının mitinqi başlayıb.
Moskva məhkəməsi anti-korrupsiya bloggeri Aleksey Navalnı haqda 3.5 il şərti həbs cəzası vermiş, və sərbəst buraxılmışdı. Navalnı indi azadlığa çıxsa da eyni qərarla qardaşı Oleq 3.5 il yarımı məhbəsdə keçirəcək.
Məhkəmə onları maliyyə saxtakarlığında günahkar bilib. Daha öncə proses yanvarın 15-nə təyin edilmişdi, ancaq gözlənilmədən dekabrın 30-a keçirilib.
Bir çoxlarının fikrincə, Navalnının tərəfdarları Facebook şəbəkəsində yanvarın 15-nə mitinq təyin elədiklərindən, məhkəmənin tarixi dəyişdirilib. Bu qərardan sonra Facebookda yerləşdirilən elanda mitinqin də vaxtı dəyişib, dekabrın 30-na təyin olunan mitinqə sosial şəbəkələrdə artıq 17 mindən çox adam qatılacağını bildirmişdi.













